Ərdoğan: “Xarici qüvvələr indi də idman sektorumuza zərər vurmağa çalışırlar”

Hazırda oxunan: Ərdoğan: “Xarici qüvvələr indi də idman sektorumuza zərər vurmağa çalışırlar”

171805

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xarici qüvvələrin respublikada turizm sektorunu sarsıtmaq üçün kampaniya aparmağa çalışdığını bildirib. 

Bizim.Media TRT Haber-ə istinadən xəbəər verir ki, Ərdoğan bunu Türkiyə İxracatçılar Birliyinin tədbirində çıxışı zamanı deyib. 

“Ölkəmiz üçün ən mühüm gəlir mənbələrindən biri olan turizmə xələl gətirmək üçün xarici qüvvələr kampaniya aparırlar.

İndi də idman mövzusundan istifadə edərək müxalifət partiyalarının köməyi ilə oxşar dalğa yaratmağa çalışırlar. İnsanlar, cəmiyyətlər, inanclar və ölkələr nifrət ritorikasının hədəfinə çevrilir. İslama qarşı düşmənçilik və ksenofobiya tendensiyası ilə üzləşmişik. Biz bunu heç vaxt qəbul etməyəcəyik” – deyə, Türkiyə lideri bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin