“Qərb artıq Ukraynanın qalib gələcəyini gözləmir” – Avstriyanın sabiq xarici işlər naziri 

Hazırda oxunan: “Qərb artıq Ukraynanın qalib gələcəyini gözləmir” – Avstriyanın sabiq xarici işlər naziri 

171753

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib ki, Qərb Ukrayna ilə bağlı mövqeyini dəyişib və artıq Kiyevin qalib gələcəyini gözləmir.

Bizim.Media xəbər verir ki, Knaysl bu barədə jurnalist Flavio fon Witzleben-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərb bu məsələdə 180 dərəcə dönüb.

Kneissl xatırladıb ki, bir il əvvəl Qərbdə rus qoşunlarının guya “yıxılmaq ərəfəsində” olduğunu iddia ediblər və “müəyyən dəyişiklikləri” proqnozlaşdırıblar.

Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri əlavə edib ki, indi ən böyük Qərb mediasının manşetləri Rusiyanın münaqişədə qalib gələcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı məsələlərdir. 

Knaysl həmçinin qeyd edib ki, Kiyevin əks-hücumları uğursuz alınıb və Rusiya hücuma keçib.

Xatırladaq ki, Vladimir Zelenski The Economist-ə müsahibəsində Ukrayna ordusunun əks-hücumunun uğursuzluğunu informasiya sızması ilə əlaqələndirmişdi.

“The Economist” yazır ki, Zelenski müsahibə zamanı əsəbi və qəzəbli görünüb və barmaqlarını stolun üzərinə vurub.

Bundan əlavə, Zelenski ukraynalıların əks-hücumun zərərinə daxili siyasətlə məşğul olduğunu bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin