Zəlzələyə görə Yaponiyada İmperator sarayında Yeni il tədbirləri ləğv edilib

Hazırda oxunan: Zəlzələyə görə Yaponiyada İmperator sarayında Yeni il tədbirləri ləğv edilib

171715

Yaponiya İmperator Evi Tokioda imperator Naruhito və imperator ailəsinin digər üzvlərinin iştirakı ilə yanvarın 2-də keçirilməli olduğu Yeni il tədbirlərini ləğv etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, müvafiq qərar Yeni il günü ölkədə baş vermiş silsilə güclü zəlzələlərlə bağlı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Hər il yanvarın 2-də on minlərlə yapon Tokionun mərkəzində yerləşən İmperator sarayına gəlir, burada imperator və monarxın ailəsinin digər üzvləri onları Yeni il münasibətilə təbrik edir. 2022-ci ildə bu mərasim üç ildə ilk dəfə keçirilib - əvvəlki illərdə koronavirusun yayılması ilə bağlı vəziyyətə görə ləğv edilmişdi.
İmperatoru təbrik etmək Yaponiyada yeni ilin əsas adətlərindən biridir. Ənənəyə görə, monarx və ailə üzvləri ziyarətçiləri İmperator sarayının gülləkeçirməz şüşə ilə bağlanmış eyvanından qarşılayır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin