Kosovoda Şengen bölgəsinə vizasız səyahətə BAŞLANILDI

Hazırda oxunan: Kosovoda Şengen bölgəsinə vizasız səyahətə BAŞLANILDI

171694

Kosovo vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Baş naziri Albin Kurt və xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars hava limanında Vyanaya vizasız gedəcək sərnişinləri yola salıblar.

Bildirilib ki, u gündən etibarən kosovalılar Şengen bölgəsinə 180 günlük müddət ərzində 90 günə qədər vizasız gedə bilərlər.
Nazir Donika Gervalla-Şvars isə bildirib ki, artıq Kosovo biznesmenləri də öz fəaliyyət sahələrini genişləndirmək və ölkəyə daha yaxşı və daha davamlı investisiyalar gətirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Qərbi Balkanlarda sözügedən bölgəyə vizasız gedə bilməyən ölkə qalmayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin