2024-cü ilin ilk dəqiqələrində Həmas Qəzza zolağından İsrailə 20-dən çox raket atıb.
Bizim.Media “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, raketlərin əksəriyyəti “Dəmir qübbə” raketdən müdafiə sistemi tərəfindən havadaca zərərsizləşdirilib.
Nəşr hücumun İsrailin cənub və mərkəzi bölgələrinə edildiyini yazıb.
Ölkənin mərkəzində yerləşən Rehovot, Ness Ziona, Holon, Lod və Modiin şəhərlərində, eləcə də İsrailin cənubundakı Aşdod və Sderot şəhərlərində hava hücumu xəbərdarlığı sistemi işə salınıb.
Bizim.Media