Qəzza zolağında ölənlərin sayı 21,8 min nəfəri keçdi

Hazırda oxunan: Qəzza zolağında ölənlərin sayı 21,8 min nəfəri keçdi

171581

Oktyabrın 7-dən bəri Qəzza zolağında 21,8 mindən çox insan həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, son 24 saat ərzində Qəzza zolağında 150-dən çox insan həlak olub, daha 286 nəfər yaralanıb. Yaralıların ümumi sayı 56,4 min nəfəri ötüb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin