Rusiya ordusu Ukraynanın Xarkov vilayətini raket atəşinə tutub.
Bizim.Media xəbər verir ki, raketlərdən biri UEFA-nın qərargahının yerləşdiyi otelə düşüb.
Raket zərbəsi nəticəsində Xarkov şəhərinin mərkəzində yerləşən “Kharkov Palace” otelinin binası vurulub. “Avro 2012” zamanı oteldə UEFA-nın mənzil-qərargahı yerləşirdi.
Qeyd edilib ki, şəhərdə azı 6 partlayış səsi eşidilib. Şəhərin mərkəzində yaşayış binasında partlayış olub.
Bizim.Media