Plastik cərrahiyyədə yeni trendlər: "Braziliya poposu" – Qadınlar niyə Jennifer Lopez olmağa can atır

Hazırda oxunan: Plastik cərrahiyyədə yeni trendlər: "Braziliya poposu" – Qadınlar niyə Jennifer Lopez olmağa can atır

17141

Dünyada plastik əməliyyatların populyarlığı durmadan artır. Günü-gündən məşhurluq qazanan əməliyyatların içində isə qadınlar arasında ən çox seçim iri və qabarıq arxaya sahib olmaqdır. Bunun üçün bütün yolları mübah sayanlar heç bir dəqiqə düşünmədən bıçaq altına yatıb, klinikalara ətək-ətək pul ödəyirlər.

Alimlər bu zaman ərzində boş oturmayaraq  insanların  iri ölçülərə niyə heyran olduqları barədə araşdırma aparıblar. Çünki illərdir bu cazibədar tendensiya indiyə qədər dəbdən düşməyib. 

Demək olar ki, hər ulduz sosial şəbəkələrdə yuvarlaq arxa tərəfdən fotolarını nümayiş etdirir. Bu bir növ son zamanların trendinə çevrilib. Ancaq nəzərinizə  çatdıraq ki, qum saatı forması kimi bədən quruluşları hər zaman dəbdə olmayıb. 80-ci illərdə iri sinələr, 90-cı illərdə isə arıq bədən quruluşu trenddə idi.
 

MÖVZU İLƏ BAĞLI:

Aktrisa plastik əməliyyatın qurbanı oldu – Burnu çürüyür - FOTO


Sosial şəbəkələrə daxil olan kimi müxtəlif klinikalar az qala gözümüzün içinə dürtdükləri reklamlarda plastik əməliyyatlı qızlar boy göstərir.  Bu tendensiyanın bu cür sürətlə yayılmasında və belə populyarlaşmasında da elə bu reklamların da az payları yoxdur.

Hazırda Azərbaycanda plastik əməliyyatlar kredit yolları ilə də mümkün olduğuna görə, demək olar ki, çox insan üçün əlçatandır.

Cennifer Lopez, Beyonce, Nicki Minaj kimi ulduzlar durmadan sosial şəbəkələrdə öz iri qabaritli formalarını nümayiş etdirməyə davam etdikcə bu cür əməliyyatların da sayı artacaq.  

Sosioloq tarixçi Mira Mendible qadının bədən ölçülərindən o cəmiyyətin nəyə can atdığının əks olunduğunu söyləyir. Məsələn, qabaqcıl ölkələrdə daha əzələli bir bədən ölçülərinə üstünlük verilirsə, inkişaf etməkdə olan ölkələrdə iri arxa gözəllik etalonu sayılır. 

Braziliyada hətta ölkədəki “ən gözəl arxa” üçün hər il “Miss Boom Boom” yarışması da keçirilir. 

Qabarıq formalarının bu cür populyarlığı bəzi qadınları plastik cərrahın bıçağının altına salır. ABŞ Plastik Cərrahlar Cəmiyyəti "Braziliya poposu"nın yaradılması əməliyyatlarının populyarlığının 2000-2015-ci illər arasında 60 % artdığını bildirir.
 

Prosedur zamanı həkimlər bədənin digər bölgələrindən piy çəkib, iri budları əldə etmək üçün arxaya vururlar. Lakin bu digər yol ilə silikon implantlarla da həyata keçirilir. Son on illikdə silikonlara olan tələbat 36% artıb.


Təəssüf ki, bəzən “gözəllik qurban tələb edir” deyimi məcazi deyil, sözün əsl mənasında ölümcül olur. 

Bunu dünya və Azərbaycan praktikasına nəzər salsaq, bu qurbanların əsas zərərçəkənləri məhz cavan qadınların olduğunun şahidi olarıq. 

Azərbaycanda son illərdə onlarla insan əməliyyat zamanı cərrah masasından qalxa bilməyib. Lakin buna baxmayaraq, plastik əməliyyatlarının populyarlığı günü-gündən artaraq, qadınları hər mənada öz qurbanlarına çevirir.

Bəzi qadınlar gözəllik axtara-axtara bu gözəlliyi öz əlləri ilə yox edərək, əməliyyat sayəsində vulqar bir görünüş alır. Dəfələrlə bunun həm dünyada, həm də Azərbaycanda şahidi olmaq olar.

Hər birinizə təbii gözəllik arzulamaq diləyi ilə....

Bizim.Media
















 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin