Gürcüstanda hər iki siyasi cinah eyni vaxtda atəşfəşanlığa hazırlaşır

Hazırda oxunan: Gürcüstanda hər iki siyasi cinah eyni vaxtda atəşfəşanlığa hazırlaşır

1714

Bu təxminən 2-3 saat sonra baş verəcək. Hələliksə hər iki partiya, Salome Zurabişvilinin rəhbərlik etdiyi hakim “Gürcüstan arzusu” və Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasaı eksit-polların nəticəsini gözləyir.

MSK saat 20.00-dan etibarən isə səsvermənin başa çatdığını açıqlayıb. Hakim dairələr seşki prossesi zamanı seçkinin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntilarının olmadığını da elan edib.

Amma... Müstəqil müşahidəçilər elə düşünmür.

Pozuntu halları ilə bağlı indiyə qədər olan məlumatlar isə belədir:

*Zqudidə işıqları söndürüblər, qaranlıq məntəqələrdə şam işığında səsvermə aparılır.

*Acarıstan Respublikasının Tsablana və Tsabliana kəndləri seçkiləri baykot elan ediblər.

*Tiblisidə COVİD xəstəsi olan şəxsi özünütəcriddən çıxarılaraq seçki məntəqəsinə gətirilib.

*Bir neçə məntəqədə “karusel” halları aşkarlanıb.

*Bəzi yerlərdə seçicilər kimə səs verdiklərini açıq təbliğ ediblər.

*Marnuelidə seçki məntəqəsində dava düşüb. “Gürcü arzusu” partiyasından olan müşahidəçilər “kimə səs vermək lazım olduğunu” başa salıblar. Davanı yatırmaq üçün polis müdaxilə edib.

*Qnun pozuntularına görə Qldanidə 6 nəfər (ümumilikdə 10) həbs edilb.

*Bir neçə seçki məntəqəsində güllə səsləri eşidilib, yaralanan və ölən olmayıb.

Səsvermə bitdikdən yarım saat sonra ilk olaraq Böyük Britaniyanın eksit-poll təşkilatı olan Survation göstəricilərinə görə, “Grücü arzusu” 52,5 faizlə “Vahid Milli Hərəkat” partiyasını (25,5) üstələyir.

Eksit-pollar üzrə dəqiq məlumatlar təxminən gecə-23-24 aralığında gözlənilir.

Hələliksə hər iki cinah gecə saatlarında qələbəsini bayram etməyə hazırlaşır. “Gürcü arzusu” öz mərkəzi ofisinin qabağında tribunaları, mikrafonları hazırlayıb

“Vahid Milli Hərəkat” partiyasaı isə Parlament binasının qarşısını özünə atəşfəşanlıq meydanı seçib.

Bu dəqiqələrdə saat isə 20.40 göstərir. Əsəblər tarımdadır. Gürcü polisi isə ayıq-sayıq əmir gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin