Rusiya Ukrayna ilə danışıqlara HAZIRDIR – “Krım istisna olmaqla...”

Hazırda oxunan: Rusiya Ukrayna ilə danışıqlara HAZIRDIR – “Krım istisna olmaqla...”

171375

“Rusiya Ukrayna ilə danışıqlara hazırdır”.

Bizim.Media “kommersant”a istinadla xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, Moskva daha əvvəl Kiyevə Krım istisna olmaqla ərazi bütövlüyünü qorumaq imkanı verib. 
“Ukrayna ərazisindən gələn və NATO ölkələrinin yaratdığı təhlükələr ya xüsusi hərbi əməliyyat, ya da siyasi və diplomatik vasitələrdən istifadə etməklə mütləq aradan qaldırılacaq. Biz heç vaxt diplomatik yoldan əl çəkmədik, Ukrayna rəhbərliyinə ərazi bütövlüyünü qorumaq üçün əla şans verdik. Təbii ki, hələ 2014-cü ildə Rusiyanın tərkibinə daxil olmağa qərar verən Krım istisna olmaqla...”, - Nebenzya bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin