Türkiyənin ASELSAN şirkətinin rəhbərliyi altında, FNSS şirkətinin subpodratçılığı ilə həyata keçirilən “Qorqud”x9d özüyeriyən zenit-top kompleksinin seriyalı istehsalına başlanıb.
Moderator.az “AzeriDefence”x9d-ə istinadən xəbər verir ki, bu barədə FNSS şirkəti məlumat yayıb.
“Qorqud”x9d komanda-nəzarət maşını və silah sistemi maşınından ibarətdir. Komanda nəzarət maşını 3 ölçülü axtarış radarı ilə hədəflərin təsbitini həyata keçirir. Silah sistemi maşını isə hədəfi atış kontrol radarı və ya elektro-optik sistemlərlə təqib edərək, 2 ədəd 35 mm-lik topla atəş altında saxlayır. Bu toplar 35 mm-lik qəlpələnən və proqramlaşdırılan sursatlardan istifadə edir.
“Qorqud”x9dun həm silah, həm də komanda-nəzarət maşınları FNSS şirkəti tərəfindən istehsal edilən tırtıllı ZMA-30 maşınının bazasında yerləşdirilib.
ZMA-30 “Hisar-A”x9d zenith-raket kompleksi layihəsində də istifadə olunur.
Geniş daxili həcmə malik ZMA-30 maşınının ən mühüm özəlliyi amfibiya olaraq konfiqurasiya edilə bilməsidir. Bu xüsusiyyət “Qorqud”x9da digər bənzər orta kalibrli özüyeriyən zenit-top kompleksləri qarşısında üstünlük qazandırır.




































































































