“Fransa əlcəzairli müqavimətçilərin sümüklərindən sabun və şəkər hazırlayıb”.
Bizim.Media bildirir ki, bunu Əlcəzair prezidentinin müşaviri Əbdülməcid Şeyxi Əlcəzairin rəsmi xəbər agentliyinə etdiyi açıqlamada bildirib.
O, Fransa tərəfinin müstəmləkə dövrünün arxivlərini onlara geri qaytarmamaq üçün maneə yaratdığını deyib. Müşavir bu arxivlərin üzə çıxması ilə Fransanın insan haqlarına və demokratiyaya hörmətlə qurulan mədəni bir ölkə kimi imicinin sarsılacağından qorxduğunu bildirib.
Əbdülməcid Şeyxi sözügedən sənədlərdə Fransanın əlcəzairilərə qarşı amansız işgəncələr tətbiq edildiyi, qətliamlar törətdikdən sonra öldürülən əlcəzairlilərin sümüklərinin sabun istehsalında və şəkər süzülməsində istifadə etmək üçün Marsel şəhərinə apardıqları faktlarının yer aldığını bildirib.
Bizim.Media