Qazaxıstanın paytaxtı Astananın Beynəlxalq Hava Limanında həyəcan siqnalı elan edilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həyəcan siqnalı KS954 reysi ilə Astanadan Almatıya uçmağa hazırlaşan 44 yaşlı kişi qeydiyyat masasında əl çantasında silah və narkotik olduğunu bildirməsi səbəbindən verilib.
Aeroport əməkdaşları dərhal şübhəlinin olduğu ərazini mühasirəyə alıblar. Sərnişin isə zarafat etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb. Sərnişini 17 milyon tengedən (37 min dollar) çox cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/12/28/1703774346_b826b6fc-e257-381c-9ebb-f8ab020446ab_850.jpg)
- A-
- A
- A+
Dünya
18:34 / 28.12.2023
Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı verilib
Hazırda oxunan: Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı verilib
Hazırda oxunan: Astana Beynəlxalq Hava Limanında həyəcan siqnalı verilib
171188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.