Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə ikitərəfli gündəliyi, inteqrasiya proseslərini, habelə Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsini müzakirə edə bilər.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
"Raket (Şuşaya atılan “İskəndər-M” raketi nəzərdə tutulur) haqqında heç nə deyə bilmərəm, məlumatım yoxdur" deyə Peskov jurnalistlərin Putinin ixrac məsələləri ilə bağlı hesabat alıb-almadığına dair sualını cavablandırıb.
“Ermənistan lideri ilə söhbət mövzulara gəlincə, isə bu, ikitərəfli bir görüş olacaq”, deyə Prezidentin mətbuat katibi bildirib.
"Fəal hökumətlərarası komissiyamız var. Baş nazirin müavini Aleksey Overçuk bizim tərəfdən həmsədrdir.
Bu, əlbəttə ki, həm də inteqrasiya prosesləridir, çünki həm MDB çərçivəsində həm də Ermənistanla sıx iqtisadi əməkdaşlığımız var.
Əlbəttə ki, Qarabağla bağlı üçtərəfli bəyanatların necə həyata keçirildiyi və bölgədə dinc həyatın nə qədər yaxşılaşdığı, nəqliyyat infrastrukturunun inkişafı və blokadadan çıxarılması və s.”, deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:23 / 07.04.2021
Kreml Putinlə Paşinyan arasındakı görüşün gündəliyini açıqladı
Hazırda oxunan: Kreml Putinlə Paşinyan arasındakı görüşün gündəliyini açıqladı
Hazırda oxunan: Kreml Putinlə Paşinyan arasındakı görüşün gündəliyini açıqladı
17110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.