Hakan Fidan: “F16 satışında ABŞ-ın zərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edirik”

Hazırda oxunan: Hakan Fidan: “F16 satışında ABŞ-ın zərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edirik”

171037

ABŞ tərəfinin təklifi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefonla danışığı olub.

Bizim.Media xəbər verir ki, danışıq zamanı Hakan Fidan Türkiyə tərəfinin F-16 qırıcılarının satışı məsələsində ABŞ Administrasiyası və Konqresinin müttəfiqlik ruhuna uyğun hərəkət etməsini və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözlədiyini diqqətə çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının dünən qəbul etdiyi qərara toxunan Hakan Fidan İsveçin NATO-ya üzvlüyü ilə bağlı prosesin parlamentin məsuliyyəti altında davam etdiyini bildirib.
Söhbət zamanı həmçinin İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin