Xəbər verdiyimiz kimi Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının Zirvə Toplantısı keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, Putin çıxış edərkən Paşinyan hamının gözü qarşısında mobil telefonunda nə isə yazmaqla məşğul olub. Sosial şəbəkə istifadəçiləri bu görüntüləri “yəqin Paşinyan iclasın gedişatı barədə Qərb ağalarına hesabat verir” deyə şərh ediblər.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media