İrandakı azərbaycanlı ailə 9 aydan sonra körpələri üçün türk adı qoymağı bacarıb.
Bizim.Media xəbər verir ki, Ərdəbildə yaşayan Cənubi azərbaycanlı Səccad Çolani yeni doğulan qızına türk adı qoymaq istəsə də, bu istəyi bir neçə dəfə rədd edilib.
Görmə əngəlli küçə musiqiçisi olan Səccad qızına "oyan" və "ayağa qalx" mənasını verən türk "Ayıl" adını qoyub.
Övladının şəxsiyyət vəsiqəsinə "Ayıl" adını yazdırmaq isə elə də asan olmayıb. Aidiyyəti orqanlarla atanın mübarizəsi 9 ay çəkib.
“3 həftə öncə həyat yoldaşımla qərara gəldik ki, əgər bu dəfə də qızımın şəxsiyyət vəsiqəsində adı "Ayıl" olaraq qeyd olunmasa, idarənin qarşısında oturum aksiyasına başlayacağıq. Məndən tələb etdilər ki, adın mənasını araşdırıb gətirim. Mən də "oyan" ,"ayağa qalx" olduğunu bildirdim. Çox zaman alsa da mən arzuma çatdım”.
Səccad Çolani İranda övladlarına türk adı vermək istəyənlərin qarşısında duran əngəllərdən də danışıb, qısa bir zamanda bu problemin aradan qalxacağına ümid etdiklərini deyib.
Qeyd edib ki, bəzi ailələr övladlarının kimliyində fars adları yazdırsalar da evdə uşaqlarına türk adları ilə müraciət edirlər.
”Bu, həm sosial, həm də psixoloji problemdir. Məktəbdə bir ad, evdə başqa. Bu vəziyyətin həll olunmasını istəyirik ”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:09 / 07.04.2021
İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO
Hazırda oxunan: İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO
Hazırda oxunan: İranda azərbaycanlı ata qızına “Ayıl” adını qoydu - 9 ay mübarizədən sonra - FOTO
17076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.