Serbiya müxalifəti ayağa qalxdı - VİDEO

Hazırda oxunan: Serbiya müxalifəti ayağa qalxdı - VİDEO

170600

Serbiyada prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim koalisiyanın parlament seçkilərində qələbəsi ilə razılaşmayan müxalifət nümayəndələri Belqradda kütləvi etiraz aksiyalarına başlayıb.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları seçki komissiyasının qarşısında yeddinci dəfə nəqliyyatın hərəkətini dayandırıb. 

Etirazçılar Belqrad administrasiyasının binasının pilləkənlərinə çıxıb və qapıları sındırıblar.

Müxalifət aksiyasına Serbiya Zorakılığa Qarşı blokun liderləri Marinika Tepiç və Miroslav Aleksiç rəhbərlik edir. Onlar parlament seçkiləri zamanı qanun pozuntularına yol verildiyini iddia edir və nəticələrin ləğv edilməsini tələb edirlər. Dekabrın 18-də Marinika Tepiç aclıq aksiyasına başlayıb.

Bu gün müxalifət nümayəndələri mərkəzi küçəni bağlayıblar. Nümayişçilərin əllərində plakatlar və Serbiya bayraqları daşıyıb. Bəzi etirazçılar atəşfəşanlıq ediblər. Etirazçılardan biri Serbiya bayrağı ilə şəhər administrasiyası binasının giriş qapısının şüşəsini sındırıb. Digər etirazçılar da ona qoşulub.

Aksiyalar fonunda Serbiya prezidenti Aleksandar Vucic xalqa müraciət edib, o, Belqradda inqilab olmadığını deyib. Dövlət başçısı vətəndaşları narahat olmamağa çağırıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayır. 
Qeyd edək ki, Vuçiç müxalifətin bütün səviyyələrdə hökumət dəyişikliyi tələbi ilə etirazlar keçirməsindən sonra növbədənkənar parlament və yerli seçkilər təyin edib. Seçkilər dekabrın 17-də baş tutub. Aleksandar Vuçiç-Serbiya dayanmamalıdır koalisiyası səslərin əksəriyyətini qazanıb. İkinci yeri 23% səslə Serbiya Zorakılığa Qarşı koalisiyası tutub.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin