Çin öz “Vaqner”ini yaradacaq

Hazırda oxunan: Çin öz “Vaqner”ini yaradacaq

170554

Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən Rusiyanın “Vaqner” dəstəsi tipli özəl hərbi şirkətlərini yaratmaq niyyətindədir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Çin investorlarının xarici ölkələrdə işləyərkən üzləşə biləcəyi riskləri nümayiş etdirib. Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə olunub.

Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri və Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitallı 47 minə yaxın şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarındakı layihələrdə iştirak edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin