Fevralın 6-da Hatayda baş verən zəlzələdə həyat yoldaşı və 3 uşağını itirən Şerif Ölmez vəfat edib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı Şerif Ölməz Hatayda ailəsinin yanında dəfn olunub.
Ölmezə zəlzələdən iki ay sonra xərçəng diaqnozu qoyulmuşdu. Nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilən Ş.Ölmezi xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Türkiyədəki dəhşətli zəlzələdə həyat yoldaşı və uşaqlarını itirən Şerif Ölmez təbii fəlakətdən sonra KİV-ə açıqlamasında ailəsinin dağıntılar altından sağ çıxacağını bildirmişdi. O, uşaqlarına peçenye saxladığını bildirərək, onların yolunu gözləyirdi və həmin görüntülərlə hər kəsi kədərləndirmişdi.
Bizim.Media