Pakistanın Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir İmran Xanın girov qarşılığında zaminə buraxılmasını təsdiqləyib.
Bizim.Media “Dawn”a istinadən xəbər verir ki, Məhkəmə Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılması ilə bağlı qərar qəbul edib.
Məlumata görə, Məhəkəmənin hökmünə əsasən, onların hərəsi bir milyon Pakistan rupisi dəyərində girov qoyub.
Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi İmran Xan və Şah Mahmud Qureyşi “dövlət sirləri aktını” pozmaqda rəsmi olaraq ittiham edib.
Xatırladaq ki, avqustun 5-də mühakimə olunduğu korrupsiya işi üzrə məhkəmə İmran Xan barəsində həbsqətiimkan qərarı çıxardıqdan sonra həbsxanaya göndərilib. Onun mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb.
Keçmiş baş nazirin girov qarşılığında sərbəst buraxılmasına qərar verib. Ancaq avqustun 30-da hakim Əbülhəsnət Zülkərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini yaymaqda” ittiham olunan İmran Xanın həbs müddətini uzadıb. Xan və Qureşi ittihamları qəbul etməyib.
Keçmiş xarici işlər naziri Qureşi avqustun 19-da İslamabaddakı evində tutularaq, oxşar səbəbdən həbsxanaya göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:54 / 22.12.2023
İmran Xan zaminə BURAXILDI
Hazırda oxunan: İmran Xan zaminə BURAXILDI
Hazırda oxunan: İmran Xan zaminə BURAXILDI
170276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.