Praqada silahlı atışma nəticəsində ölənlərin sayı 15 nəfəri keçib, azı 24 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Çexiya polisinin rəhbəri Martin Vondraşek CT24 televiziyasına məlumat verib.
Daha əvvəl Çexiya polisi atışmanın Praqadakı Karl Universitetinin fəlsəfə fakültəsinin binasında baş verdiyini bildirmişdi. Praqa səlahiyyətliləri hücumçunun intihar etdiyini bildirib.
*** 20:57
Praqanın mərkəzində Karl Universitetində baş verən atışmada 10 nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə iDnes.cz portalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Praqanın mərkəzində universitetə silahlı basqın olub - FOTO/VİDEO
Portalın məlumatına görə, 9 nəfər ağır yaralanıb, xeyli sayda orta və ya yüngül yaralılar var.
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqanın mərkəzindəki Karl Universitetində atışma olub. Silahlı şəxs terror aktından sonra intihar edib. Polis Jan Palaç meydanını və ətrafı bağlayıb.