TƏBİB sədri Azərbaycanda qızılcanın vəziyyətindən DANIŞIB 

Hazırda oxunan: TƏBİB sədri Azərbaycanda qızılcanın vəziyyətindən DANIŞIB 

169922

Qızılcanın müalicəsi ilə bağlı dərman təminatı ən yüksək səviyyədədir. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. 

O bildirib ki, hazırda ölkədə qızılca ilə bağlı vəziyyət stabildir: 

“Bu gün bizim aşkar etdiyimiz odur ki, vətəndaşlar evdə müalicəyə üstünlük verirlər. Biz bunun tərəfdarı deyilik. Bununla bağlı tibb müəssisələrinə xüsusi təlimatlar göndərilib. Sahə həkimləri öz ərazilərində həm xəstələrin vəziyyətini, həm də onların ailə vəziyyətini dəyərləndirirlər. Hansı xəstənin stasionar müalicəyə ehtiyacı varsa, xəstəxanaya yerləşdirilir, hansının evdə müşahidəyə ehtiyacı varsa, evdə müşahidə altında saxlanılır. Bu iş keyfiyyətli şəkildə davam etdirilir. Çağırışımız ondan ibarətdir ki, övladında hansısa simptom müşahidə edən valideynlər dərhal tibb müəssisələrinə müraciət etsinlər", - Vüqar Qurbanov qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin