Hindistan yenidən maska rejiminə QAYIDIR  

Hazırda oxunan: Hindistan yenidən maska rejiminə QAYIDIR  

169727

Hindistanın Kerala ştatında koronavirus hadisələrinin sayının artması səbəbindən Karnatakada tibbi maskaların taxılması məcburi elan edilib. 

Bizim.Media “Indianexpress.com”a istinadən xəbər verir ki, bu barədə Karnataka hökuməti sərəncam imzalayıb.

Hökumətin sərəncamı hələlik 60 yaşdan yuxarı insanlara, həmçinin ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən ştat sakinlərinə şamil edilir. Bununla belə, koronavirusun yayılması ilə mübarizə üçün yeni tədbirlərin siyahısını açıqlanacağı vurğulanıb. 
Qeyd edək ki, Keralada COVID-19 hadisələrinin sayında kəskin artım müşahidə olunub. Son bir həftədə yoluxmaların sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm halı qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin