Çində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 3 milyon insanın yaşadığı Lançjou şəhərindən 101 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media