Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini TƏSDİQLƏDİ

Hazırda oxunan: Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini TƏSDİQLƏDİ

169620

Avropa İttifaqı Rusiyaya qarşı yeni 12-ci sanksiyalar paketini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, 2024-cü il yanvarın 1-dən Aİ Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının idxalına məhdudiyyətlər tətbiq edəcək.

Martın 1-dən üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına mərhələli məhdudiyyətlər başlayacaq.
Bundan əlavə, Avropa İttifaqı yeni sanksiyalar paketində Rusiyadan alüminium məhsullarının, o cümlədən məftil, folqa və boruların idxalına məhdudiyyətlər tətbiq edir. Aİ həmçinin Avropa şirkətlərini tərəfdaşlarla müqavilələrdə bir sıra ikili təyinatlı malların Rusiyaya təkrar ixracına qadağa qoymağı öhdəsinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin