Bu gün səhər saatlarından İranda yanacaqdoldurma məntəqələrində heç bir sürücünün nəqliyyat vasitəsinə yanacaq vura bilməməsi ilə əlaqədar problem yaşanıb.
Bizim.Media xəbər verir ki, İranda yanacaqdoldurma məntəqələrində hər bir avtomobilə məxsus yanacaq kartından istifadə olunur.
Bunun üçün ölkədə "online" sistem yaradılıb. Hazırda isə həmin sistem naməlum səbəbə görə fəaliyyətini dayandırıb. Hətta bu sistemə kiber hücumun olduğu da ehtimal edilir.
İranın Neft Nazirliyi hazırda 30% yanacaqdoldurma məntəqələrində offline şəkildə yanacaq doldurmağın mümkün olduğunu bildirib. Hətta bu gün vətəndaşların yanacaqdoldurma məntəqələrinə getməməsi tövsiyə edilib.
Qeyd ki, İranda hər bir avtomobili olan şəxs yanacaq kartı ilə 210 litr benzin ala bilər. Hər ayda ilə 15 min riala (təxminən 0,35 dollar) 60 litr, 30 min riala (təxminən 0,71 dollar) isə 150 litr benzin almaq mümkündür. Bir sıra hallarda bundan əlavə benzinə ehtiyac yarandıqda yanacaq doldurma məntəqələrində nəzərdə tutulan yanacaq kartlarından istifadə etmək olar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:20 / 18.12.2023
İranda nə baş verir? - Sürücülər avtomobillərinə yanacaq vura bilmirlər
Hazırda oxunan: İranda nə baş verir? - Sürücülər avtomobillərinə yanacaq vura bilmirlər
Hazırda oxunan: İranda nə baş verir? - Sürücülər avtomobillərinə yanacaq vura bilmirlər
169555
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.