Aleksandar Vuçiçin partiyası parlament seçkisində qalib gəlir

Hazırda oxunan: Aleksandar Vuçiçin partiyası parlament seçkisində qalib gəlir

169485

Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.

Bizim.Media Reuters agentliyinə istinadən xəbər verir ki, seçki bülletenlərinin təxminən 50%-nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının 46,2, müxalif “Serbiya zorakılığa qarşı” partiyasının isə 23,2% səs topladığı açıqlanıb.

“Bu, qəti qələbədir və məni çox sevindirir”, - ilkin proqnozlardan sonra Aleksandar Vuçiç deyib.

Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin partiyası isə hələlik 6,7% səslə üçüncü yerdə qərarlaşıb.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin