“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın hakim partiyası Putinin prezidentliyə namizədliyini dəstəklədi - VİDEO
“Bu səfər gündəmdədir, türkiyəli tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, - Kreml nümayəndəsi bildirib.
O, Putinin Türkiyəyə səfərə hazır olması ilə bağlı sözlərini xatırladıb.
“Fürsət yaranan kimi o, bunu edəcək. Ancaq indi daha çox daxili proseslərə diqqət yetiriləcək”, - D.Peskov qeyd edib.
Bizim.Media