Türkiyənin Çanaqqala şəhərinin bəzi qəsəbə və kəndləri güclü yağış səbəbindən su altında qalıb.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, Çanaqqalada yağan güclü yağış nəticəsində Lapseki rayonunun Umurbey qəsəbəsinin sahil ərazisini su basıb.
Dünən günorta saatlarından etibarən aramsız olaraq davam edən leysan şəhər mərkəzi, eləcə də bəzi rayon, qəsəbə və kəndlərə zərər vurub.
Bizim.Media