Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə danışıqlara başlamaqla bağlı qərar səslənərkən Avropa İttifaqının (Aİ) sammitinin keçirildiyi iclas zalını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə sammit çərçivəsində jurnalistlərə avropalı mənbə bildirib.
“Şura Ukrayna ilə bağlı qərar qəbul edərkən Orban müvəqqəti olaraq iclas zalında olmayıb, bu razılaşdırılıb və konstruktiv şəkildə həyata keçirilib”, - deyə mənbədən bildirib.
Eyni zamanda, başqa bir mənbə Orbanın “hansı qərarın veriləcəyindən xəbərdar olduğunu” vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Macarıstanın baş naziri özünün sosial şəbəkə hesabında Ukrayna ilə danışıqlara başlamaq qərarının düzgün olmadığını bildirmişdi.
Bizim.Media
 

- A-
- A
- A+
Dünya
							23:37 / 14.12.2023
							
						Macarıstanın baş naziri Aİ sammitinin iclas zalını TƏRK EDİB - SƏBƏB
						
							
								Hazırda oxunan: Macarıstanın baş naziri Aİ sammitinin iclas zalını TƏRK EDİB - SƏBƏB							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Macarıstanın baş naziri Aİ sammitinin iclas zalını TƏRK EDİB - SƏBƏB							
						169095
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































