NATO büdcəsini KƏSKİN ARTIRIR – Qərb yeni savaşa HAZIRLAŞIR?

Hazırda oxunan: NATO büdcəsini KƏSKİN ARTIRIR – Qərb yeni savaşa HAZIRLAŞIR?

169015

Şimali Atlantika Şurasının dekabrın 13-də keçirilən iclasında Alyans üzvləri 2024-cü il üçün mülki və hərbi büdcələri təsdiqləyiblər.

Büdcədə kəskin artımlar

Mülki büdcə 438,1 milyon avroya, hərbi büdcə isə 2,03 milyard avroya qədər artırılıb ki, bu da 2023-cü il səviyyəsindən müvafiq olaraq 18,2% və 12% yüksəkdir.

NATO-nun mülki büdcəsi şəxsi heyət, əməliyyat xərcləri və qərargah və onun beynəlxalq personalı üçün proqram xərclərini təmin edir. Hərbi büdcə qərargahın, NATO komandanlıq strukturlarının, bütün dünya üzrə missiya və əməliyyatların əməliyyat xərclərini əhatə edir. Birgə maliyyələşdirmənin üçüncü əsas elementi böyük tikinti layihələrini və komandanlıq və nəzarət sistemlərinə investisiyaları əhatə edən NATO Təhlükəsizlik İnvestisiya Proqramıdır (NSIP).

2024-cü il üçün PIBN-nin planlaşdırılan həcmi 1,3 milyard avro təşkil edir ki, bu da 2023-cü ilin səviyyəsindən 30 faiz çoxdur. NATO Baş katibinin müavini Mirça Coane vurğulayıb ki, ortaq maliyyələşdirmənin həcminin artırılması və istifadəsinin genişləndirilməsi Alyans üzvlərinə bugünkü təhlükəsizlik çağırışları ilə daha effektiv mübarizə aparmağa imkan verəcək.

NATO yeni savaşa hazırlaşır?

Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, NATO-nun gələn il üçün hərbi büdcəni xeyli artırması psixoloji gərginlik yaratmağa hesablanmış addımdır:

“NATO-nun hərbi qüdrətini artırması yeni savaşlara hazırlıq məsələsi deyil. Bu addım sadəcə dünyada psixoloji gərginlik yaratmağa xidmət edir. Faktiki olaraq, dünyada baş verən hadisələrin təhlilləri də göstərir ki, planetimizin müxtəlif bölgələri yeni təhdidlərlə üz-üzədir. Bu təhdidlər fonunda NATO və bir çox digər ölkələr vəziyyəti yerində dəyərləndirməyə çalışır.

Ona görə də NATO-nun 2024-cü il üçün büdcə xərclərini 12 faiz artırmasını yeni savaş təhdidinə deyil, daha çox dünyaya psixoloji mesaj verilməsi kimi qəbul edirəm. Bu Ukraynada müharibəni davam etdirən Rusiya və onun müttəfiqi Belarus, habelə bəzi digər ölkələrə mesaj xarakteri daşıyır. Bu artım həm də Ukrayna müharibəsinin davam etdiriləcəyi kimi də xarakterizə edilə bilər.
NATO ümumiyyətlə, özünün çox illik strateji planlarını daha əvvəlki illərdən hazırlayır. Qurumun əvvəlki hesabatlarında onun 2024-2027-ci illər üzrə hərbi büdcəsini artırılması ilə bağlı mesajlar yer alırdı. Bu da Avropa Birliyi kontekstində iqtisadi daxilolmaların azalması fonunda baş verir. Yəni NATO-nun hərbi büdcəsinin artması nəticəsində AB-nin gələn ilki büdcəsində azalmalar qeydə alınacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin