Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qəzzadakı böhrana ən çox diqqət yetirən dünya lideridir.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında bildirib.
Putin Qəzza zolağında nizamlanmada Türkiyə liderinin aparıcı rolunu qeyd edib.
O, Qəzza zolağında baş verənləri fəlakət adlandırıb:
“Siz minlərlə uşaq və qadının öldüyünü qeyd etdiniz. Qəzza dünyadakı ən böyük uşaq qəbiristanlığına çevrilib".
Onun sözlərinə görə, Rusiya Federasiyası Qəzza sektorunda xəstəxana açmağa hazırdır, lakin İsrail hələlik buna dəstək vermir:
“Rusiya Federasiyası Qəzza zolağına dərman və dərman tədarükünü artıracaq".
Rusiya Prezidenti vurğulayıb ki, İsrail-Fələstin nizamlanması üçün fundamental əsaslar yaratmaq, Fələstin dövlətinin yaradılması məsələsini həll etmək lazımdır.
Putin Qəzza zolağında baş verənlərlə Ukraynadakı müharibəni də müqayisə edib.
O, qeyd edib ki, Ukraynadakı münaqişə Qəzza zolağındakı dağıntılar baxımından baş verənlərə bənzəmir.
Bizim.Media