Çayı qaynar içməyin, xərçəng yaradır - Türk alimlərindən XƏBƏRDARLIQ

Hazırda oxunan: Çayı qaynar içməyin, xərçəng yaradır - Türk alimlərindən XƏBƏRDARLIQ

16884

İstiliyi 65 dərəcədən yuxarı olan qaynar çay içmək qida borusunun onkologiyasının inkişafına səbəb olur. Mütəxəssislər, xəstəliyin genetik bir əsasa sahib olduğunu, ancaq xarici faktorların da əhəmiyyətli rol oynadığını qeyd edirlər.

Bizim.Media xəbər verir ki, Türk tədqiqatçılar isti qara çayın ölümcül təhlükələri barədə xəbərdarlıq yayıblar. 

Yerli media yazır ki, bu, qida borusu xərçəngi riskini artırır. Araşdırmalarda 500 min nəfər iştirak edib. Onlar bir neçə il nəzarətdə olub.

Araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda və Özbəkistanda çox miqdarda isti içki qəbul etmək səbəbindən insanların qida borusunda xərçəng yaranıb. 

Alimlər çayı bir az soyuduqdan sonra içməyi məsləhət görürlər. Gündə 3-4 dəfədən çox çay içilməməlidir.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin