Pasxa günü Polşada koronavirus tüğyan etdi – “Xəstəxanalarda yer yoxdur”

Hazırda oxunan: Pasxa günü Polşada koronavirus tüğyan etdi – “Xəstəxanalarda yer yoxdur”

16878

Həftə sonu koronavirusa yoluxanların sayının artması səbəbiylə Polşa xəstəxanaları mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Euronews” telekanalı yayıb.

Belə ki, son iki həftənin sonunda ölkədə təxminən 40.000 yoluxma təsdiqlənib.

Mənbə yazır ki, Polşa mediasında səhiyyə sektorunun qırılma nöqtəsinə çatması ilə bağlı xəbərlər var və bəzi xəstəxanalarda demək olar ki, bütün çarpayılar koronavirus xəstələri tərəfindən doldurulub.

Belə xəstəxanalardan biri Krakov şəhərinin təxminən 40 kilometr şərqindəki Bochnia rayon xəstəxanasıdır və ötən bazar günündə 120 çarpayının demək olar ki hamısını COVID xəstələri tutub.

Xəstələrdən biri Edvard Szumanski narahatlığını belə dilə gətirib:

“Xəstəlik əlbəttə ki, var və çox ciddidir. Bunu yaşamayan, ailəsində olmayan, özlərini aldada bilər, amma həqiqət fərqlidir”

O, eyni zamanda çarpayıların tezliklə tükənəcəyindən və daha çox insanın öləcəyindən narahat olduğunu söyləyib.

Xəstəxananın müdiri Jaroslav Gucva isə daha ağır xəstələrə yer ayırmaq üçün hal-hazırda müalicəyə ehtiyacı olan xəstələrin evə buraxıldığını söyləyib.

Həkim xəstələrin təcili yardım maşınlarında saatlarla gözlədiklərini də qeyd edib. Bochnia xəstəxanasının tibb bacısı Bozena Gicala da etiraf edib:

"Çətin vəziyyətdir, çünki xəstələr çoxdur".

Digər tibb bacısı Eva Ptak da COVID-19 virusuna yoluxduğunu, lakin özündən daha çox əziyyət çəkənlərə kömək etmək üçün çalışdığını söyləyib.

Xəyalə Həsənova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin