Osmani Kosovoda prezident olacaq – PARLAMENT SƏS VERDİ 

Hazırda oxunan: Osmani Kosovoda prezident olacaq – PARLAMENT SƏS VERDİ 

16845

Dünən Kosovo parlamentin keçmiş sədri və Albin Kurtinin rəhblik etdiyi “Vetevendosje” hərəkatının müttəfiqi Vjosa Osmani prezident seçilib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “euronews” telekanalı yayıb.

Mənbə yazır ki, 120 yerlik parlamentdə 71 deputat Osmaninin lehinə səs verib.

Serb azlıq partiyası ilə birlikdə iki müxalifat partiyasının boykotu Osmaninin qalib gəlməsinə mane ola bilməyib.

Qeyd edək ki, Osmani Balkan xalqının 13 il əvvəl Serbiyadan müstəqilliyini bəyan etməsindən sonra Kosovoda ikinci qadın liderdir.

Osmani açıqlamasında silahlı qüvvələrin baş komandanı olmaqla yanaşı xarici siyasətdə də fəal olacağını bildirib. Belə ki, o, hələ də Kosovanın müstəqilliyini tanımayan Serbiya-AB vasitəçiliyi ilə danışıqlarda iştirak edəcək.

Osmani bundan əvvəl də  vurğulayıb ki, Serbiyanın işğalı zamanı Kosovoda soyqırım törədilib.

Onun prezident seçilməsi o deməkdir ki, Albin Kurtinin 14 fevral seçkiləri əhatə edən solçu-milliyyətçi hərəkatı hazırda ölkədəki ilk üç siyasi vəzifəyə - prezident, baş nazir və spikerə nəzarət edir.

1998-99-cu illərdə Serbiya ilə müharibədən bəri Kosovoya nəzarət edən siyasi elitalara qarşı sərt tədbirlər görəcəyini vəd edən Kurti Osmaninin prezident seçilməsini belə şərh edib:

“Vetevendosje”nin qurumlarını yaratdıq və  Kosovo xalqı üçün firavan yaşamağın yeni bir sahəsinə qədəm qoyduq”.

Bundan əlavə Kurti fevral ayında Euronews-a verdiyi açıqlamasında Serbiyanı Kosovoda soyqırım törətməkdə günahlandıraraq deyib ki, Belqrad 1998-99-cu illərdəki müharibə zamanı törətdiyi vəhşiliklərə görə üzr istəməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin