Boris Conson yenidən Britaniyanın Baş naziri olacaq?

Hazırda oxunan: Boris Conson yenidən Britaniyanın Baş naziri olacaq?

168414

Boris Conson yenidən Böyük Britaniyanın baş naziri postuna qayıda bilər.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Yayılan məlumatda bildirilir ki, keçmiş baş nazirin geri qayıtmasının partiyanın seçkilərdəki məğlubiyyətdən xilasının yeganə yol olduğuna inanan bir neçə mühafizəkar deputat müsahibə aparıb.
Həmin deputatlar Mühafizəkarlar Partiyasına dəstəyin azaldığını və bir çox seçicinin İslahatlar Partiyasına üz tutduğunu böyük narahatlıqla qeyd ediblər.

Bu arada Boris Consonun sözçüsü onun gələcək siyasi ambisiyaları haqqında heç bir məlumat verməyib.

“Boris Conson hazırda kitab yazır və hökuməti dəstəkləyir”,- deyə Boris Consonun sözçüsü bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin