Qəzzada ölənlərin ümumi sayı 18 min nəfərə çatdı

Hazırda oxunan: Qəzzada ölənlərin ümumi sayı 18 min nəfərə çatdı

168396

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 18 min nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Eyni zamanda 49500-dən çox insan müxtəlif xəsarətlər alıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. 

İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. 

Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkədə “müharibə vəziyyəti" elan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin