Ukrayna XİN Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda neytral statusda iştirakına icazə verilməsi barədə qərarı səhv hesab edir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının neytral statusda yarışlarda iştirakına icazə verməsi barədə qərarı ilə bağlı bəyanatında qeyd edilib.
"Ukrayna tərəfi Olimpiya Komitəsini və beynəlxalq tərəfdaşları belə bir qərarın riskləri barədə məlumatlandırıb. Belarus və xüsusilə rus idmançıları tez-tez Rusiya Federasiyasının silahlı qüvvələri ilə əlaqəli idman təşkilatlarını təmsil edirlər. Onların bəziləri Rusiya ordusunda həqiqi hərbi xidmətdədir, bəziləri isə idman formalarında Rusiyanın Ukraynaya silahlı təcavüzünün simvollarını taxıblar.
BOK isə nəinki ukraynalı qadın və uşaqların qətlinə rəğbət bəsləyən, həm də bu dəhşətli cinayətlərdə birbaşa əli olan idmançılara beynəlxalq idman arenalarında yarışmağa icazə verməyi planlaşdırır”, - deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, müvafiq qərarı qəbul edən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvləri Rusiya və Belarusun Ukraynaya qarşı silahlı təcavüzünü davam etdirməyə təşviqdə məsuliyyət daşıyırlar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:24 / 10.12.2023
Kiyev Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakını QINAYIB
Hazırda oxunan: Kiyev Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakını QINAYIB
Hazırda oxunan: Kiyev Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakını QINAYIB
168289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.