Almaniyanın xarici işlər naziri Annalena Berbok İsraillə Fələstin arasındakı qarşıdurmanı tənqid edib.
Bizim.Media xəbər verir ki, almaniyalı nazir Qəzzaya göndəriləcək yardımların artırılmasını istəyib.
“Mən əvvəldən açıq şəkildə bildirdim ki, mübarizə HƏMAS-a qarşıdır, fələstinlilərə deyil. Müharibə insanlar, xüsusilə də uşaqlar üçün cəhənnəmdir.
Humanitar yardımlar Rəfaha güclə çatır və günlərdir Qəzzanın şimalına çatmır. İşlər belə davam edə bilməz. İsrailin özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquq bunu deməyə əsas verir. Lakin minlərlə uşaq öldürüldüyü və ya tərk edildiyi zaman heç kim biganə qala bilməz“, - deyə Berbok bildirib.
O vurğulayıb ki, bu prosesdə sülh olmasa, müharibədə qalib olmayacaq.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:54 / 09.12.2023
Alman nazir: “Müharibə uşaqlar üçün cəhənnəmdir”
Hazırda oxunan: Alman nazir: “Müharibə uşaqlar üçün cəhənnəmdir”
Hazırda oxunan: Alman nazir: “Müharibə uşaqlar üçün cəhənnəmdir”
168229
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.