Bu gün Amerikanın İraq və Suriyadakı bazalarına 4 dəfə HÜCUM EDİLİB

Hazırda oxunan: Bu gün Amerikanın İraq və Suriyadakı bazalarına 4 dəfə HÜCUM EDİLİB

168136

Bu gün ABŞ-ın İraqın qərbində yerləşən Ayn əl-Əsəd və Suriyanın Deyr əz-Zor əyalətinin şimal-şərqindəki Konikoda yerləşən bazalarına 4 dəfə hücumlar edilib.

Bizim.Media xəbər verir ki, edilən hücumlara görə məsuliyyəti İran tərəfdarı olan “İraqda İslami Müqavimət” hərəkatı öz üzərinə götürüb.

Hizbullah da öz növbəsində Suriyanın şimal-şərqindəki Xarab əl-Cir bazasına və İraq Kürdüstanının paytaxtı Ərbil yaxınlığındakı Əl-Hərir bazasına hücumlar təşkil etdiyini bildirib.
Qeyd edək ki, Pentaqondan bildirilib ki, dekabrın 7-nə olan məlumata görə, ABŞ-ın İraq və Suriyadakı bazalarına oktyabrın 17-dən bu yana 78 dəfə hücum edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin