Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud dekabrın 6-da Ər-Riyadda Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün London səfərini təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Financial Times" nəşri yayıb.
Britaniya və Səudiyyə Ərəbistanı rəsmiləri vəliəhd şahzadənin səfərini aylardır müzakirə edirlər.
Ehtimallara görə, səfər dekabrın 3-nə planlaşdırılmışdı. Britaniya parlamentinin yüksək rütbəli üzvləri bildiriblər ki, vəliəhdin Londona səfərini təxirə salması və Rusiya lideri ilə danışıqlar aparması Britaniyanın Səudiyyə Ərəbistanı ilə münasibətlərinin möhkəmliyinə dair suallar yaradır.
Ümumiyyətlə, Britaniya siyasətçiləri bu vəziyyəti London üçün diplomatik uğursuzluq kimi qiymətləndirirlər.
Bizim.Media