Tehrana qarşı TƏZYİQLƏR ARTIR – “İran nüvə silahı əldə edərsə...”

Hazırda oxunan: Tehrana qarşı TƏZYİQLƏR ARTIR – “İran nüvə silahı əldə edərsə...”

167907

G7 ölkələri (Böyük Yeddilik) İranı nüvə proqramının inkişafını dayandırmağa çağırıb. Bildirilib ki, bu cür silahların yaradılmasının heç bir əsası yoxdur.

Görəsən, İrana təzyiqlərin artmasının səbəbləri nədir?

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.O bildirib ki, artıq bir neçə dövlət nüvə silahı əldə etmək üzrədir:

“İrana təzyiqlərin tək səbəbi nüvə silahı deyil. Bu hücumların arxasında G7-nin öz maraqları dayanır. Çünki İran hazırda Çini neftlə təmin edir. Qadağalara baxmayaraq, İran öz işini davam etdirir.

44 ildir ki, bu ölkə sanksiyaların təzyiqi ilə yaşayır. Qəzza hadisələri, İranın Rusiya ilə münasibətləri, öz daxilində hüquq və azadlıqların pozulması, ABŞ-ın İranı parçalamaq layihəsi və s. kimi çoxsaylı maraqlar var. Bu, bilavasitə “Aysberq”in görünən tərəfidir. Cəmiyyət də bu fikri qəbul edir. Ona görə də bundan istifadə edirlər.

18 faizə qədər saflaşdırılmış urandan sualtı gəmilərdə, qayıqlarda istifadə etmək olur. Ancaq atom bombasını hazırlamaq üçün 70 faizi də təmizləmək sərf etmir. Təxminən 80-85 faiz uran təmizlənməlidir ki, çirkli bomba əldə edilsin.

İranda belə bir texnologiya yoxdur.

Bu texnologiyanı İrana Rusiya verə bilər. Vaxtilə Şimali Koreya bu silahı Rusiyaya, Rusiya isə Hindistana verib. Həmçinin ABŞ Pakistana bu silahı verib. Məqsəd bəllidir: bir-birinə qarşı olan dövlətləri silahlandırırlar. İran və İsrail arasındakı münaqişə də problemin digər tərəfidir”.

Politoloq qeyd edib ki, İran özünü İslam dünyasının müdafiəçisi kimi görür:

“Bütün bunlara baxmayaraq, elə hesab edirlər ki, İran atom bombası əldə edən kimi İsraili və ya digər dövlətləri məhv edəcək. Burada hərbi maraqlardan daha çox siyasi maraqlar önəm kəsb edir. Ancaq hər bir halda İranın nüvə silahını əldə etməsini istəmərəm. Çünki molla rejimi tərəfindən ağılsız hərək edilməsi ehtimalı yüksəkdir. Bu ölkənin siyasi hakimiyyəti bəzən düşünülməmiş addımlar atır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin