Rusiyanın Bryansk şəhərində Alina adlı 8-ci sinif şagirdi olan qız məktəbdə atəş açıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Fövqəladə hadisə şəhərin 5 saylı gimnaziyasında baş verib.
"8-ci sinif şagirdi məktəbə odlu silah gətirib və ondan bir neçə dəfə atəş açıb", - agentliyin mənbəsi bildirib.
Bryansk şəhər administrasiyası isə hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib. Ehtimala görə, ölənlərdən biri hadisəni törədən qızdır.
Bizim.Media