Benua Amon rəsmən Fransa prezidentliyinə namizəd olub

Hazırda oxunan: Benua Amon rəsmən Fransa prezidentliyinə namizəd olub

167680
Benua Amon sosialistlərin Fransa prezidentliyinə namizədi kimi rəsmən təsdiq olunub.

Moderator.az Report-a istinadla xəbər verir ki, onun namizədliyinin rəsmən irəli sürüldüyü Fransa Sosialist Partiyasının bazar günü keçirilən qurultayında elan olunub.

Amon, xüsusilə 2022-ci ilə qədər bütün fransızlar üçün 750 avro həcmində şərtsiz baza gəlirinin tətbiqi mövqeyindən çıxış edir. Bu siyasət hər bir ölkə vətəndaşına hər hansı işi görmək zərurəti olmadan sözügedən məbləği ödəməyi nəzərdə tutur.

Amonun prezident seçkilərində əsas rəqibləri Respublikaçılar Partiyasından namizəd, ölkənin sabiq baş naziri Fransua Fayon, keçmiş iqtisadiyyat naziri və "İrəli!" hərəkatının lideri Emmanuel Makron, həmçinin Milli Cəbhə Partiyasının lideri Marin Le Pen olacaq.

Fransada iki mərhələdən ibarət prezident seçkiləri cari ilin 23 aprel və 7 may tarixlərində keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin