Əslində, Baydenin milyardlar qazanan oğlu elə də xüsusi ağıla, hazırlığa malik deyil. O, narkoman olduğunu aşkar etiraf edir, küçələrdə gecələdiyini gizlətmir.
Məsələn, narkotikin təsiri altında olan Hanter xarab olmuş kompüterini Delaver ştatında kompüter təmiri sexinə verir. Burada isə onun növbəti cinayətləri barədə faktlar aşkar olur.
Bizim.Media “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, ABŞ mediasına ötürülən məlumatlardan məlum olur ki, oğul Baydenin Çin şirkətlərindən milyonlarla dollar aldığını göstərən real bank sənədləri var.
Bank qeydlərində Çin dövlət şirkəti “CEFC China Energy”dən Hanter Baydenin “Hudson West” şirkətinə və “Owasco” hüquq firmasına 14 ayda 4,8 milyon dollar köçürülməsi əks olunmuşdu.
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerin araşdırması nəticəsində isə məlum olub ki, 2019-cu ildə Hanter Bayden çinli investor Li Xiang Shengdən atası Co Baydenlə ünsiyyət qurması üçün 250 min dollar alıb.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2023/12/05/1701764916_1456005054.0.jpg)
- A-
- A
- A+
Dünya
12:28 / 05.12.2023
Çindən Baydenin oğluna göndərilən 5 milyonluq RÜŞVƏT
Hazırda oxunan: Çindən Baydenin oğluna göndərilən 5 milyonluq RÜŞVƏT
Hazırda oxunan: Çindən Baydenin oğluna göndərilən 5 milyonluq RÜŞVƏT
167512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.