Kanadanın Monreal şəhərinin Point-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi”x9d adlı İslam Mərkəzini daşa basıblar.xa0
Bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.
Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb.xa0
A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir.xa0
Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımış, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazılmışdı.
Faktla bağlı araşdırma aparılır.(Report)

































































































