Qırğızıstanda bayrağın dəyişdirilməsi narazılıq yaradıb? - DETALLAR

Hazırda oxunan: Qırğızıstanda bayrağın dəyişdirilməsi narazılıq yaradıb? - DETALLAR

167345

Son bir neçə həftə ərzində qırğızıstanlılar prezident Sadır Japarovun İnstaqramdakı paylaşımlarının altına Qırğızıstan bayrağının dəyişdirilməməsini tələb edən kütləvi şərhlər yazırlar.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, prezidentin son yazısı bu il noyabrın 4-nə təsadüf edir, o vaxtdan bəri Sadır Japarov öz səhifəsində heç nə yerləşdirməyib.

Qırğız Respublikasının prezidentindən sadə qırğız xalqını dinləməsi xahiş olunur.

Qeyd edək ki, sentyabrın sonunda parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini ictimai müzakirəyə çıxarıblar.
Prezident bayrağa dair öz variantını təklif edərək deyib ki, inşallah, bu variant keçsə, günəş şüaları kimi inkişaf etmiş və müstəqil ölkə olacağıq.

Yerli media qeyd edir ki, bayrağın dəyişdirilməsi Qırğızıstan ictimaiyyətinin tənqidinə və narazılığına səbəb olub. Amma buna baxmayaraq, noyabrın 28-də parlamentin müvafiq komitəsi yekdilliklə bayrağın dəyişdirilməsini dəstəkləyib. Bir gün sonra qanun layihəsi parlament tərəfindən birinci oxunuşda dəstəklənib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin