ABŞ esminesi PUA-lar və raketlərlə hücuma məruz qaldı

Hazırda oxunan: ABŞ esminesi PUA-lar və raketlərlə hücuma məruz qaldı

167285

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carney” esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı adı açıqlanmayan Pentaqon rəsmisinə istinadən məlumat yayıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi ticarət gəmisinin qəza çağırışına cavab verib. Esmines pilotsuz uçan aparatı məhv edib və həmçinin ticarət gəmisinə atılan ən azı bir ballistik raket aşkarlayıb.

Hücum nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları da Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin