Rusiya ordusu Ukraynaya dronlarla hücum etdi

Hazırda oxunan: Rusiya ordusu Ukraynaya dronlarla hücum etdi

167218

Rusiya qoşunları gecə saatlarında Ukrayna ərazisinə qanadlı raketlə, həmçinin 12 hücum pilotsuz təyyarəsi ilə hücum edib. Demək olar ki, bütün hədəflər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.

Bu barədə Bizim.Media Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

“Dekabrın 3-nə keçən gecə Rusiyanın Primorsko-Axtarsk vilayətindən “Şahed” tipli 12 hücum PUA-sı və Belqorod vilayətinin hava məkanından X-59 idarəolunan təyyarə raketi ilə hücuma keçib”, - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Bildirilir ki, hücum PUA-ları işğal olunmuş Xerson vilayətinin ərazisindən daxil olaraq bir neçə istiqamətdə olub.

Nikolaev bölgəsində, "Cənub" hava komandanlığının məsuliyyət zonasında, “Şahed”lərin əksəriyyəti hava hücumundan müdafiə ilə məhv edilib. Qalanları Xmelnitski vilayətinin Starokonstantinov bölgəsində vurulub.
Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş işi nəticəsində 10 ədəd “Şahed-136/131” hücum PUA-sı məhv edilib. X-59 idarə olunan raketinin hədəfinə çatmadığı da bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin